Süni intellekt bəşəriyyət üzərində qələbə çalacaq

04 Dekabr 2014 - 09:14 | Maraqlı məlumatlar
Süni intellekt bəşəriyyət üzərində qələbə çalacaq

Britaniyalı alim həyəcan təbili çalır

Britaniyanın məşhur alimlərindən biri, professor Stiven Hokinq süni intellekt sistemlərinin inkişafının bəşəriyyət üçün təhlükə olduğunu hesab edir. BBC-yə müsahibəsində nəzəriyyəçi-fizik deyib ki, tam yararlı süni intellektin yaradılması bəşəriyyətin sonu ola bilər. “Belə bir ağıl təşəbbüsü öz üzərinə götürəcək və özü-özünü təkmilləşdirəcək. Biz maşın sürəti ilə ayaqlaşa bilmərik, insanların imkanları həddindən artıq ləng təkamüllə məhduddur”.

Bununla belə S.Hokinq süni intellektin mövcud primitiv formalarının faydalı olduğunun sübut edildiyini də etiraf edir. lenta.ru saytının məlumatına görə, alim yaxın gələcəkdə insan ağlını geridə qoyacaq maşınların yaradılmasından ehtiyat edir.

Stiven Hokinq Kembric Universitetində Nəzəri Kosmologiya Mərkəzinin (kosmologiya - kainatın quruluşu haqqında ümumi nəzəriyyə) yaradıcısı və rəhbəridir. O, müasir dövrün ən məşhur nəzəriyyəçi-fiziklərindən biridir. Amiotrofik lateral skleroz xəstəliyi ucbatından əlil arabasına məhkum olan alim ağır xəstəliyə baxmayaraq elmin populyarlaşdırılması ilə məşğul olur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.