İnstitutun aparıcı elmi işçisi uğurlu beynəlxalq əməkdaşlığa görə sertifikata layiq görülüb

31 Oktyabr 2022 - 15:24 | Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat elmi ekspertiza fəaliyyətinə görə “Elsevier” nəşriyyatının “Information Sciences” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Information Sciences” jurnalı “Web of Science”, “Scopus”, “INSPEC”, “Ei Compendex” və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

“Clarivate Analytics” şirkətinin “Journal Citation Reports” hesabatına görə, bu jurnal ən yüksək Q1 sinfinə daxildir.

Information Sciences” jurnalı aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 8.233

Source Normalized Impact per Paper (SNIP): 2.404

CiteScore: 12.1

SCImago Journal Rank (SJR): 2.290

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.