İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 23-28 iyul 2023-cü il tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçiriləcək Mobil Rabitənin Layihələndirilməsi, İstismarı və Qiymətləndirilməsi üzrə IV Beynəlxalq Konfransın (MOBILE 2023) proqram komitəsinin üzvü seçilib.
MOBILE 2023 konfransında istehlakçılar, sənaye müəssisələri, təşkilatlar və hökumətlər üçün mobil texnologiyaların və tətbiqlərin istismarı, qiymətləndirilməsi və seçilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur. Konfrans akademik dairələr, sənaye və dövlət müəssisələrindən olan tədqiqatçılar üçün yeni ideyaları, ən son tədqiqat töhfələrini müzakirə etmək, eləcə də mobil rabitə ilə bağlı cari təcrübələri təqdim etmək üçün platforma rolunu oynayacaq.
Qeyd edək ki, konfransın materialları nüfuzlu “Springer” nəşriyyatında dərc olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.