AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının onlayn iclasında qurumun struktur bölmələrinin 2022-ci il üzrə hesabatlarının keçirilməsinə hazırlıq işləri haqqında məlumat verib.
R.Əliquliyev bildirib ki, institutun struktur bölmələrinə 2022-ci ildə həyata keçirilən elmi-tədqiqat işləri, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda dərc olunan məqalələr, elmi-təşkilati fəaliyyət və s. üzrə hesabatların hazırlanması tapşırılıb.
Cari il üzrə hesabatların yeni şərait və reallıqlar nəzərə alınmaqla yüksək səviyyədə təşkili və qiymətləndirilməsinin zəruriliyini vurğulayan akademik institutun hər bir əməkdaşının bu prosesdə yaxından iştirak etməsinin vacib olduğunu qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.