AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Verilənlər Elmi və Statistika” mövzusunda beynəlxalq simpoziumun (International Symposium on Data Science And Statistics) elmi komitəsinin üzvü seçilib.
Simpozium 2 noyabr 2022-ci il tarixində Türkiyənin Ege Universitetinin Elm fakültəsinin Statistika departamenti tərəfindən təşkil olunacaq. Onlayn tədbirdə “Qeyri-müəyyənlik şəraitində ən yaxşı qeyri-səlis məntiqə əsaslanan proqnozlaşdırma modelinin seçilməsi”, “Statistika üsullarından istifadə etməklə istehsalda maşın təlimi modellərinin monitorinqi”, “Verilənlər elmi təhsili və etik problemlər” mövzularında məruzələr dinləniləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.