İnstitutda ixtisas fənnindən doktorluq imtahanı keçirilib

22 Sentyabr 2022 - 12:05 | Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində ixtisas fənnindən doktoranturaya qəbul imtahanı keçirilib.

İmtahanda 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 1 nəfər, 3339.01 - “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə 2 nəfər, 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə isə 2 nəfər iddiaçı iştirak edib.

Məlumat üçün bildirək ki, ixtisas imtahanı AMEA-nın prezidentinin 11 avqust 2022-ci il tarixli “AMEA-da doktoranturaya və dissertanturaya qəbul imtahanlarının keçirilməsi haqqında” sərəncamına müvafiq olaraq keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.