28-29 sentyabr 2022-ci il tarixlərində saat 10:00-da “JW Marriott Absheron Baku” hotelində (ünvan: Bakı şəh., Azadlıq, 674) “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) keçiriləcək.
Avropa ölkələrinin alim və mütəxəssislərini bir araya gətirəcək tədbir GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılacaq.
Tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.
Konfransda iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçmək xahiş olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.