Ramiz Alıquliyev Sinqapurda nəşr olunan jurnalın redaksiya heyətinin üzvü seçilib

19 İyul 2022 - 15:49 | Mühüm hadisələr
Ramiz Alıquliyev Sinqapurda nəşr olunan jurnalın redaksiya heyətinin üzvü seçilib

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Sinqapurun “Universal Wiser Publisher” nəşriyyatında çap olunan “Artificial Intelligence Evolution” jurnalının redaksiya heyətinin üzvü seçilib. Jurnalın redaksiya heyətində 15 ölkədən (ABŞ, Almaniya, Avstraliya, Çin, Fransa, İspaniya, İtaliya, Türkiyə və s.) bir çox alimlər təmsil olunur.

Jurnal süni intellekt və onun tətbiqləri ilə bağlı bütün mövzuları əhatə edən məqalələri dərc edir:

  • Verilənlərin intellektual analizi (Data mining)
  • Dərin təlim (Deep Learning)
  • Maşın təlimi (Machine Learning)
  • Gücləndirici təlim (Reinforcement Learning)
  • Qeyri-səlis məntiq (Fuzzy Logic)
  • Ekspert sistemləri (Expert Systems)
  • Kvant hesablamaları (Quantum Computing)
  • Robototexnika (Robotics)
  • Təbii Dil Emalı (Natural Language Processing)
  • Kompüter Görməsi (Computer Vision)
  • Tövsiyə Sistemləri (Recommender Systems)
  • Əşyaların İnterneti (Internet of Things)

Qeyd edək ki, “Universal Wiser Publisher” nəşriyyatında dərc olunan jurnallar riyaziyyat, iqtisadiyyat, kompüter elmləri, biokimya və s. kimi 20-dən çox sahəni əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.