AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova baş redaktoru olduğu “EUREKA: Physics and Engineering” jurnalının və Estoniyanın paytaxtı Tallin şəhərində keçirilmiş “Texnologiyaların transferi: fundamental prinsiplər və innovativ texniki həllər” (Technology Transfer: fundamental principles and innovative technical solutions) adlı 5-ci beynəlxalq konfransın təşkilində yaxından iştirakına görə sertifikata layiq görülüb.
Qeyd edək ki, dünyanın nüfuzlu elmi nəşriyyatlarından biri –“Scientific Route”a daxil olan multidissiplinar xarakterli “EUREKA: Physics and Engineering” jurnalı “Scopus” elmi bazasında indeksləşir. M.Məmmədova 2015-сi ildən bu jurnalın redaksiya heyətinin üzvü, 2017-ci ildən isə onun baş redaktoru kimi fəaliyyət göstərir.
Həmin jurnalda və konfransda təqdim olunan məqalələr kompüter elmləri, mühəndislik, riyaziyyat, fizika və astronomiya, enerji, kimya mühəndisliyi, eləcə də digər istiqamətlərdə aparılan fundamental tədqiqatları əhatə edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.