Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının iclası keçirildi

20 May 2022 - 16:42 | Konfranslar, İclaslar

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının növbəti iclası keçirildi. Onlayn tədbirdə Problem şurasının üzvləri, elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak edirdilər.

İclasda əvvəlcə Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının sədr müavini, AMEA-nın müxbir üzvü, Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru Afiq Həsənov çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Qeyd etdi ki, tədbir respublikanın müxtəlif ali məktəbləri, elmi tədqiqat müəssisələri, eyni zamanda AMEA-nın institut və təşkilatlarından daxil olmuş elmlər və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi məsələlərinə həsr olunub.

Sonra A.Həsənov 13 elmlər və 47 fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş dissertasiya mövzularını təqdim etdi. Hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, iddiaçılar Problem şurası üzvlərinin suallarını cavablandırdılar.

Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.