AMEA Rəyasət Heyətinin iclasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi və müxbir üzvüRasim Əliquliyev İKT ili ilə bağlı Tədbirlər planı üzrə AMEA-nın Fəaliyyət planının icrasına dair hesabat məruzəsi ilə çıxış edib.
R.Əliquliyev AMEA RH Mərkəzi Aparatının informasiyalaşdırılması üzrə Fəaliyyət planı çərçivəsində il ərzində həyata keçirilmiş kompleks tədbirlər haqqında ətraflı məlumat verərək AzScienceNet elm kompüter şəbəkəsinin (EKŞ) ölkə üzrə infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. İnstitut direktoru cari ildə AMEA-nın institut və təşkilatlarının lokal kompüter şəbəkələrinin fiber-optik kabel vasitəsilə AzScienceNet EKŞ-ə qoşulduğunu, yüksəksürətli İnternetə çıxış imkanı ilə təmin olunduğunu bildirib. O, AzScienceNet-də Cloud Computing və Hosting kimi yeni İnternet xidmətlərinin istifadəyə verildiyini, şəbəkənin fəaliyyətini əks etdirən www.azsciencenet.az veb-saytının istismara verildiyini qeyd edib.
R.Əliquliyev RH-nin struktur bölmələrinin fəaliyyətinin müasir informasiya texnologiyaları əsasında yenidən qurulduğunu bildirib. Məruzəçi RH-nin binasında buraxılış-qeydiyyat və videonəzarət sisteminin quraşdırıldığını da diqqətə çatdırıb.
R.Əliquliyev həmçinin www.science.gov.az portalının yeni versiyasının yaradılması haqqında məlumat verib. Bildirib ki, son zamanlar AMEA-da aparılan islahatlar, AMEA RH-nin yeni korporativ üslubunun yaradılması və s. portalın təkmilləşdirilməsini zəruri etmişdir. Alim portalda yeni ElmTV bölməsinin də yaradıldığını qeyd edib.
Azərbaycana dair kontentin və Wikipedia kimi qlobal informasiya resurslarında ölkəmizlə bağlı məlumatların inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsinin vacibliyini də vurğulayan məruzəçi xalqımızın milli-mədəni dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında məlumatları əks etdirən kontentlərin viki-mühitdə yerləşdirilməsi ilə bağlı mühüm işlərin də görüldüyünü bildirib: “Viki-mühitdə aparılan araşdırmalar çərçivəsində informasiya müharibəsi texnologiyalarının viki-mühitə təsiri problemləri analiz edilmiş, vikimetrik tədqiqatlar ilə əlaqədar yanaşmalar araşdırılmışdır. İnstitutda müxtəlif sahə mütəxəssislərinə və tədqiqatçılara viki-treninqlər təşkil edilmiş, Wikipedia layihələrində kontentlərin yaradılması qaydaları tədris olunmuşdur. Vikipedianın təbliği məqsədilə institut əməkdaşlarının onlayn ensiklopediyanın azərbaycandilli istifadəçiləri ilə görüşləri təşkil edilmişdir”.
Sonra R.Əliquliyev informasiya texnologiyaları və informasiya cəmiyyəti istiqamətlərində aparılan elmi araşdırmalar barədə ətraflı məlumat verib. O, həmçinin ölkə üzrə elmi qurumların və ali təhsil müəssisələrinin beynəlxalq elmi bazalara çıxış imkanının yaradılması məqsədilə “Tomson Reuters”, “IEEE”, “Springer”, “Elsevier” kimi nüfüzlu bazaların mütəxəssisləri ilə birgə keçirilən seminar və konfranslar, müxtəlif səpkili görüşlərin əhəmiyyətindən də söz açıb.
R.Əliquliyev bir sıra təklifləri də diqqətə çatdırıb. Təkliflərdə elmin informasiyalaşdırılmasına dair Dövlət Proqramının işlənilməsi, RİTN ilə elmi-texniki sahədə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən akademiyanın institut və təşkilatlarında İKT üzrə struktur bölmələrinin yaradılması və digər məsələlər öz əksini tapıb.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində akademiyada həyata keçirilmiş işlərin əh