Elastik ekranlı smartfonların kütləvi istehsalı planlaşdırılır

26 Noyabr 2014 - 09:49 | Texnoloji yeniliklər
Elastik ekranlı smartfonların kütləvi istehsalı planlaşdırılır

Samsung” şirkəti elastik ekranlı mobil qurğuların konsepsiyasını inkişaf etdirmək niyyətindədir. Bu haqda şirkətin Nyu-Yorkda keçirilən rəsmi tədbirində “Samsung Display” biznes-planlaşdırma qrupunun vitse-prezidenti Li Çanq-Hun bildirib.

Çanq-Hunun sözlərinə görə, şirkət smartfonlar üçün asanlıqla qatlana bilən ekranların kütləvi istehsalına hazırlaşır. “Gələn ilin sonunadək hər ay üçün 30-40 min elastik displeylərin istehsalını planlaşdırırıq. “Samsung”dan başqa heç bir şirkət 2016-cı ilədək bu cür istehsal həcmini təmin edə bilməz”. Şirkət rəsmisi elastik ekranlı ilk istehlak məhsulunun yaxın vaxtlarda təqdim ediləcəyini deyib. 

newsru.com saytının məlumatına görə, “Samsung”un yığcam panellərin buraxılışını sürətləndirməsi səbəblərindən biri alıcıların bükük displeyli “Galaxy Note Edge” fabletlərinə olan yüksək tələbatları ilə bağlı olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.