Magistrantlar qış imtahan sessiyasını uğurla başa vurublar

01 Fervral 2022 - 12:25 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantlarının qış imtahan sessiyası başa çatıb.

Magistrantlar sonuncu imtahanda “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə imtahan veriblər. İmtahanlarda ümumilikdə I kursda təhsil alan 9, II kursda təhsil alan 5 magistrant öz biliklərini sınayıb.

Xatırladaq ki, qış imtahan sessiyası AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 21 dekabr 2021-ci il tarixli “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.