Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları keçiriləcək

25 Yanvar 2022 - 09:33 | Elanlar
Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları keçiriləcək

2022-ci ilin aprel ayı ərzində Bakı Ali Neft Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları keçiriləcək:

1 . “Neft-qaz geologiyası və mühəndisliyi: 18-20 aprel 2022-ci il

2. “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi - 2022: 26-27 aprel 2022-ci il

3. “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf”: 27-29 aprel 2022-ci il

Konfranslar ölkəmizdə və xaricdə müvafiq sahələrdə fəaliyyət  göstərən ali təhsil müəssisələri və elmi-tədqiqat qurumlarının tələbə və gənc tədqiqatçıların apardıqları tədqiqatların nəticələrini təqdim etmək üçün bir platforma rolunu oynayacaq. Həmçinin bu istiqamətdə təcrübə və fikir mübadiləsinin genişləndirilməsinə şərait yaradacaq.

Tədbirdə iştirak etmək arzusunda olan şəxslər məruzələrini 10 fevral 2022-ci il tarixinə qədər müvafiq tələblərə uyğun olaraq Bakı Ali Neft Məktəbinin internet səhifəsində (http://conference-bhos.az) elektron qeydiyyatdan keçməklə təqdim etməlidirlər. Təqdim olunmuş məruzələr antiplagiat sistemində yoxlanacaq.

Konfrans barədə ətraflı məlumat almaq üçün konfrans üzrə əlaqələndirici şəxs – İlahə Bayramova ilə əlaqə saxlamaq mümkündür: Tel: (012) 521-34-54; ilahe.bayramova@socar.az.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.