AMEA İnformasiya Texnologiyaları İnstitutunun ikt.az saytının yeni versiyası Elmi şuranın onlayn iclasında təqdim olundu.
İnstitutun baş mütəxəssisi Aqşin Paşayev çıxış edərək, ikt.az saytının yeni versiyasının işlənilməsinə dair fəaliyyət planı üzrə yaradılmış işçi qrup tərəfindən yerinə yetirilmiş işləri diqqətə çatdırdı. O, veb-saytda mövcud olan problemlərin aradan qaldırılması üçün təşkilatın əməkdaşlarının irəli sürdükləri bütün təklif və tövsiyələrin nəzərə alındığını bildirdi.
“Veb-resursun yeni versiyasının işlənilməsi üçün araşdırmalar aparılmışdır. Hazırlanmış texniki tapşırıq əsasında veb-saytın yeni dizaynı və proqram təminatı işlənilmişdir”, – deyə bildirən A.Paşayev beta versiyanı əyani olaraq nümayiş etdirdi.
Məruzəçi, həmçinin ikt.az saytının istifadəyə verilməsindən sonra görülməsi zəruri olan tədbirləri iclas iştirakçılarının nəzərinə çatdırdı.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev veb-saytın yeni konsepsiyası ilə əlaqədar fikirlərini bölüşərək, ikt.az-ın rəhbərlik etdiyi qurumun fəaliyyətinin operativ şəkildə işıqlandırılmasında mühüm rolunu ön plana çəkdi. Veb-saytın yeni versiyasının yüksək səviyyədə işlənildiyini, onun dizaynı və proqram təminatının yeni tələblər əsasında, müasir texnologiyaların tətbiqi ilə hazırlandığını qeyd etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.