İçindəki mayeni ayırd edə bilən "ağıllı" stəkanlar satışa çıxarılacaq

24 Noyabr 2014 - 10:37 | Texnoloji yeniliklər
İçindəki mayeni ayırd edə bilən "ağıllı" stəkanlar satışa çıxarılacaq

Səhiyyə sahəsində "ağıllı" qolbaq, saat və sırğalardan sonra bazara "ağıllı" stəkanlar da çıxarılacaq.

theverge.com saytının məlumatına görə, “Vessyl” adlandırılan bu stəkanlar içinə qoyulan maye haqqında məlumatlar təklif edir. O, istifadəçiyə içilən mayenin kalori miqdarını göstərir və mayenin növünü ayırd edə bilir.

Mobil proqram vasitəsilə işləyən “Vessyl” stəkanları istifadəçilərin gündəlik su ehtiyacını qarşılamağa və maye qəbul etmə miqdarını tənzimləməyə kömək edir. Bundan əlavə, stəkan, göz oxşayan görünüşə malikdir və rahat yuyula bilir.   

2015-cü ildə bazara çıxarılması nəzərdə tutulan stəkanların təqribi qiyməti 99 dollar təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.