Smartfonlar üçün sınmayan Gorilla Glass 4 şüşələrini təqdim edilib

21 Noyabr 2014 - 12:12 | Texnoloji yeniliklər
Smartfonlar üçün sınmayan Gorilla Glass 4  şüşələrini təqdim edilib

Mobil cihazlar üçün dayanıqlı şüşələr emal edən “Corning” şirkəti Gorilla Glass 4 şüşələrini təqdim edib.  

gazeta.ru saytının məlumatına görə, 0.4 mm qalınlığında olan Gorilla Glass 4 əvvəlki nəsil 0.7 mm-lik şüşələrə nisbətən daha dayanıqlıdır. Gorilla Glass 4 texnologiyasından istifadə etməklə daha incə və yüngül mobil cihazlar istehsal etmək mümkündür. Şirkət artıq bu məhsulları istehsalçılara göndərməyə başlayıb.

Bu texnologiyadan istifadə olunmuş ilk cihazların 2015-ci ilin ilk rübündə bazara çıxarılması gözlənilir. Qeyd edək ki, “Corning” ilk Gorilla Glass modellərini 2007-ci ildə təqdim etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.