LEX Integrity xidməti vasitəsilə ötürülən məlumatlar şifrlənməsə də, məlumatları göndərən tərəf haqqında bütün informasiya məhv edilir
Cari ilin may ayında Bahnhof İnternet-provayderi İsveç Post və Rabitə Agentliyinin icazəsi ilə istifadəçilərin rabitə sessiyalarının toplanması və saxlanılmasını dayandırıb. Provayderləri məlumatı saxlamağa məcbur edən Avropa Birliyinin (AB) direktivinə əsaslanan İsveç qanunu aprel ayında vətəndaşların fundamental hüquqlarını pozduğu üçün AB məhkəməsi tərəfindən ləğv edilmişdir.
Lakin tənzimləyici avqust ayında mövqeyini dəyişərək provayderlərdən yenidən məlumatları saxlamağı tələb edib. osp.ru saytının məlumatına görə, Bahnhof hakimiyyətin tələblərinə riayət etməyə məcbur olmasına baxmayaraq, provayderin müştəriləri LEX Integrity adlanan pulsuz VPN xidmətindən istifadə edərək məlumatların saxlanılmasının qarşısını alacaq. İsveç təşkilatı olan “5th of July Foundation”un rəsmi olaraq təqdim etdiyi xidmətin serverlərinə Bahnhofun heç bir çıxışı yoxdur.
İsveç hakimiyyət orqanları “Bahnhof”u hüquqi baxımdan xidmətin operatoru hesab edirlər. Lakin agentlikdə bu məsələyə hələ baxılmır. İsveçdə oxşar xidmətlər əvvəllər də göstərilib və indiyədək polisin onlara iddiaları olmayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.