Sənaye 4.0-da kibertəhlükəsizlik məsələləri müzakirə olunur

28 Oktyabr 2021 - 16:22 | Konfranslar, İclaslar

“Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda keçirilən beynəlxalq konfransın bugünkü plenar iclasında müxtəlif ölkələrdən olan alim və mütəxəssislər “Kibertəhlükəsizlik üzrə təhsil: proqramlar və laboratoriyalar”, “Sənaye 4.0-da kibertəhlükəsizlik”, “Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyi” və “Kritik infrastrukturların kibertəhlükəsizliyi” adlı bölmələrdə çıxış ediblər.

Plenar iclasda kibertəhlükəsizlik üzrə təhsil və tədqiqat - proqramlar və laboratoriyalar, kibertəhlükəsizlik simulyasiya oyunu, Avropa ölkələrinin veb-məkanlarında olan  problemlər, Sənaye 4.0 kontekstində təhlükəsizlik idarəetmə sistemlərinin nəzəri və praktiki məsələləri, kritik informasiya infrastrukturlarının təminatında yeni kiber reallıqlar, pilotsuz uçuş aparatlarının aşkarlanması üsullarının müqayisəli təhlili, kritik Avropa İT infrastrukturlarının kibertəhlükəsizliyi: GEANT və NRENs və digər mövzularda məruzələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.