Kibertəhlükəsizlik problemlərinə həsr olunmuş beynəlxalq konfrans plenar iclaslarla davam edir

27 Oktyabr 2021 - 20:00 | Konfranslar, İclaslar

NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans plenar iclaslarla davam edir.

Konfransın birinci günü keçirilən plenar iclasda Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsinin rəhbəri, Beynəlxalq Layihələr Üzrə Koordinator, baş tədqiqatçı, professor Jacek Gajewski “Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq – layihələr, təşkilatlar və təşəbbüslər”, Stokholm Universitetinin professoru Oliver Popov “Kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyi”, İnternet Şöhrət zalının çağırışçısı George Sadowsky “Dünyada kompüter və şəbəkə təhlükəsizliyi” və AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Azərbaycanda kiberfiziki sistemlərin təhlükəsizliyinin formalaşdırılmasının aktual problemləri” mövzusunda məruzələrlə çıxış ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.