Noutbuk bazarının həcmi 10% artıb

19 Noyabr 2014 - 17:11 | Maraqlı məlumatlar
Noutbuk bazarının həcmi 10% artıb

 “DisplaySearch” şirkətinin analitikləri planşet kompüterlərinin satışının aşağı düşdüyünü müşahidə ediblər. Bu, noutbuklara olan tələbatın artması ilə əlaqələndirilir. Hazırda ən böyük fərdi kompüter istehsalçısı “Lenovo” şirkətidir.

Quarterly Mobile PC Shipment and Forecast Report-un tədqiqatlarında qeyd olunduğu kimi, 2014-cü ilin üçüncü rübündə qlobal noutbuk bazarının həcmi il ərzində 10% artaraq 49,6 milyon ədəd təşkil edib. Bununla yanaşı,  planşetlərin tədarük həcmi 8% azalıb.

Ekspertlərin proqnozlarına görə, 2014-ci ildə dünyada Chrome əməliyyat sistemləri əsasında işləyən noutbukların tədarük həcmi 8 milyon ədəd olub, bu da bütövlükdə istehsal olunan noutbukların ümumi həcminin 5%-ni təşkil edib. Yaxın vaxtlarda bu rəqəmin 12% artaraq 20 milyon ədədə çatacağı gözlənilir.

www.dailycomm.ru saytının məlumatına əsasən, 2014-ci ilin iyul-sentyabr aylarında dünya üzrə istehsal olunan noutbukların 20%-i “Lenovo” şirkətinə aid olub. Çin vendoru il ərzində öz məhsullarının istehsalını 38% artıraraq həm öz vətənində, həm də Qərbi Avropada liderliyə sahib olub.

Ötən il birinci yerin sahibi olan “HP” şirkəti isə noutbuk istehsalınının 13% artımı ilə öz bazar payını 19%-ə çatdırıb. Şirkət hazırda yalnız Şimali Amerika və Şərqi Avropada birinci yeri tutur.

Üçüncü yerin sahibi ABŞ istehsalçısıdır. “Dell” şirkəti hesabat dövrünü 12% göstərici ilə başa vurub. Ötən ilin üçüncü rübündə isə bu göstərici 11% təşkil edirdi. 2014-cü ildə Dell markası ilə istehsal olunan noutbukların həcmi 21% artmışdır.

Portativ kompüter bazarında aparıcı şirkətlər siyahısının dördüncü pilləsində qərarlaşan Tayvanın “Acer” şirkəti cari rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 28% daha çox noutbuk istehsal etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.