İnstitutun magistraturasında yay imtahan sessiyası uğurla başa çatdı

30 İyun 2021 - 12:20 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantlarının yay imtahan sessiyası bu gün başa çatıb.

Sonuncu imtahanda iştirak edən magistrantlar “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə imtahan veriblər.

AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri vəzifəsini icra edən, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov imtahanın gedişi ilə tanış olub.

I kursda təhsil alan 5 magistrant  ümumilikdə sessiya müddətində “Kompüter şəbəkələrinin təhlükəsizliyi”, “Veb-proqramlaşdırma dilləri”, “İntellektual sistemlər” və “Elmi tədqiqatların əsasları” fənləri üzrə biliklərini sınayıblar.

Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 17 may 2021-ci il tarixli 92 saylı “AMEA-nın magistraturasında yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili haqqında” Sərəncamına əsasən,  yay imtahan sessiyasının keçirilməsi üçün müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.