Dövlət başçısı institut əməkdaşını təltif edib

25 İyun 2021 - 13:32 | Mühüm hadisələr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 iyun 2021-ci il tarixində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 2643 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif olunanlar arasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Şahin Şükran oğlu Rəsulov da var.

Qeyd edək ki, Şahin Rəsulov 2020-ci ilin sentyabr ayında səfərbərlik üzrə hərbi xidmətə çağırılıb. Füzuli, Xocavənd, Cəbrayıl və Laçın rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 18-də Füzuli cəbhəsində yaralansa da, 15 günlük müalicədən sonra yenidən döyüşlərə qatılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.