Elektron təhsildə Big Data texnologiyaları tədqiq edilir

11 İyun 2021 - 15:13 | Konfranslar, İclaslar
Elektron təhsildə Big Data texnologiyaları tədqiq edilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin növbəti onlayn elmi seminarında şöbənin əməkdaşı Rəna Məlikovanın “Elektron təhsildə Big Data texnologiyaları” mövzusunda məruzəsi dinlənildi.

R.Məlikova çıxış edərək, elektron təhsildə Big Data-nın imkanları, böyük həcmli məlumatların analizi üçün Data Mining texnologiyalarından istifadə, Data Mining-in tətbiqi, elektron təhsil mühitində klassifikasiya problemləri, klassifikasiya problemi üçün ikili qərar ağacı nümunəsi, reqressiya, reqression metodların elektron təhsilə tətbiqi, elektron təhsildə klasterizasiya metodlarının tətbiqi, elektron təhsil üçün sosial şəbəkə məlumatlarının analizi haqqında ətraflı məlumat verdi.

Elektron təhsilin analizi üçün proqramlar, elektron təhsildə şəbəkə qarşılıqlı əlaqəsinin analizi üçün proqram təminatı barədə danışan məruzəçi müvafiq nümunələri də təqdim etdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.