Amerikalılar fikrin gücü ilə "çap etməyi" öyrəniblər

17 Noyabr 2014 - 10:47 | Texnoloji yeniliklər
Amerikalılar fikrin gücü ilə "çap etməyi" öyrəniblər

ABŞ alimləri fikrin gücündən istifadə edərək mətn yazmağa imkan verən sistem hazırlayıblar.  Bu sistem  iflic xəstəliyindən əziyyət çəkən insanlara ailə üzvləri və dostları ilə ünsiyyət qurmaqda kömək edəcək.

tut.by saytının məlumatına görə, Conatan Uollounun müəllifi olduğu sistem beyin impulslarını "oxuyaraq" mətnə cevirir və kompüterin monitoruna çıxarır. Pasientdən xüsusi elektrodlu papağı geyinərək diqqətini hərflər əks olunmuş monitora yönəltmək tələb olunur.  Sistem insanın seçdiyi hərfdə cəmlənərək onu ekranda əks etdirir.

Hələ ki, "fikirlə çap" olduqca yavaş gedən prosesdir - bir hərfin çapı ən azı 15 saniyə çəkir, lakin, bu da böyük irəliləyişdir.

Alimlərin sözlərinə görə, iflic xəstələrinin ən böyük faciələrindən biri ətrafdakı insanlara öz emosiya və hislərini ifadə etmə imkanından məhrum olmalarıdır. Bu halda, onlar həyatın mənasını itirmiş olurlar. "Fikirlə çap" iflic xəstələrini məhz mənəvi təklikdən xilas etməyi nəzərdə tutur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.