"The Financial Times" bildirir ki, "Facebook" şirkəti gizli şəkildə peşəkarlar üçün yeni "Facebook at Work" saytı üzərində işləyir. Qəzetin məlumatına görə, bu layihə Birbaşa "Google", "Microsoft" və "LinkedIn" ilə rəqabət aparacaq.
gazeta.ru saytında bildirilir ki, Facebook at Work istifadəçiləri çat vasitəsilə həmkarları ilə əlaqə saxlaya, o cümlədən Google Drive və Microsoft Office-lə sənədlər üzərində işləyə biləcəklər. Sayt istifadəçiləri öz məzuniyyət fotoşəkilləri, siyasi mübahisələr və videolarının yer aldığı şəxsi profillərini qoruyub saxlaya biləcəklər. Yeni sayt Facebook-a çox oxşayacaq: orada xəbər lentləri və qruplar yer alacaq.
Qeyd olunur ki, sosial şəbəkənin əməkdaşları öz fəaliyyətləri çərçivəsində bu saytdan çoxdan istifadə etməyə başlayıblar. Layihənin digər şirkətlər üçün də genişləndirilməsi qısa müddət ərzində Facebook daxilində müzakirə olunub. Həmçinin qəzetdə bildirilir ki, bir çox şirkətlər əməkdaşın sosial şəbəkələrdəki fəaliyyətinə görə məhsuldarlığın azalmasından narahat olaraq, iş yerində Facebook-dan istifadəni qadağan edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.