Ukrayna alimləri elektron dilin prototipini icad ediblər

14 Noyabr 2014 - 14:40 | Texnoloji yeniliklər
Ukrayna alimləri elektron dilin prototipini icad ediblər

Şevçenko adına Kiev Milli Universitetinin alimləri süni elektron dilin konsepsiyasını təqdim edib. Müəlliflər öz tədqiqat nəticələrini "ACS Applied Materials & Interfaces" jurnalında nəşr etdiriblər.

Alimlər maddələri təhlil edərək onlar barəsində informasiyanı kompüterə ötürən sensor icad ediblər. Müəlliflərin sözlərinə görə, qurğu insanın dad reseptorları və baş beyni ilə əlaqəli şəkildə işləyəcək.

lenta.ru saytının məlumatında bildirilir ki, sensor üçqatlı ikiölçülü strukturdan təşkil olunub. Əsas hissəsi maye qatın olduğu silisumdan ibarətdir. Yuxarıdakı üçüncü qat tamamilə şüşə ilə örtülüdür. Alimlər bu kimi sistemlərin keçirici xassələrinin aralıqdakı maye qatından asılılığı faktından yararlanıblar.

Onlar belə düşünürlər ki, səciyyəvi dil duyğuları mayenin növü ilə təyin edilir. Onunla qabaqcadan məlum olan və mayenin dadının təyini üçün istifadə edilmiş sistemin keçirici xassələrini əlaqələndirmək olar. Ukrayna alimləri hesab edirlər ki, onların işi əczaçılıq və yeyinti sənayesində, o cümlədən gömrük, ekoloji nəzarət xidmətləri və insan dilinin süni analoquna tələbat olan digər sahələrdə tətbiq oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.