AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat elmi ekspertiza fəaliyyətinə görə “Sustainable Computing: Informatics and Systems” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.
“Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu jurnalın əsas tədqiqat sahələri məhsuldarlığı optimallaşdırmaq üçün resurslarrın idarə edilməsi, ekoloji təmiz binalar üçün intellektual idarəetmə, verilənlərin emalının “yaşıl” mərkəzləri, dayanıqlı sistemlərin modelləşdirilməsi və qiymətləndirilməsi, paralel və paylanmış sistemlərin məhsuldarlığının monitorinqi alətləri, imtinalara dayanıqlı aparat platformaları və cihazları, real zaman sistemləri, enerji cəhhətdən effektiv arxitekturalar və bərpaolunan enerji problemləridir. Nüfuzlu jurnal energetika, elektrik enerjisi təchizatı və ətraf mühitin aktual sahələrində orijinal tədqiqat və icmal məqalələri dərc edir.
Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:
Impact Factor: 2.798
5-Year Impact Factor: 2.116
Source Normalized Impact per Paper (SNIP): 1.188
CiteScore: 3.4
SCImago Journal Rank (SJR): 0.473
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.