İçki düşkünləri üçün xüsusi mobil proqram hazırlanıb

13 Noyabr 2014 - 16:03 | Texnoloji yeniliklər
İçki düşkünləri üçün xüsusi mobil proqram hazırlanıb

İnternetdə bütün içki həvəskarlarını birləşdirmək üçün nəzərdə tutulan mobil proqram meydana çıxıb. SWIG adlı yeni proqramı iOS və Android platformaları üçün əlçatandır.

www.gazeta.ru saytının məlumatına görə, SWIG-in müəlliflərinin "virtual bar" adlandırdıqları proqram vasitəsilə bütün içki həvəskarları toplaşa, söhbət edə və içki içə bilərlər. Proqramın köməyilə onlar şərabçılar və barmenlərlə əlaqə saxlaya, həmçinin öz təcrübələrini bölüşə biləcəklər.

Xüsusi virtual bar ideyasının müəllifləri belə düşünürlər ki, Facebook və Instagram içki düşkünlərinin "görüşmələri" üçün heç də münasib yer deyil.

Qeyd olunur ki, SWIG-in verilənlər bazasında alkoqollu içkilərə (pivə, şərab, kokteyl və s.) dair 70 mindən çox məlumat yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.