"YouTube" Music Key pullu musiqi xidmətini təqdim edib

13 Noyabr 2014 - 14:43 | Maraqlı məlumatlar
"YouTube" Music Key pullu musiqi xidmətini təqdim edib

"YouTube" şirkəti YouTube Music Key pullu musiqi xidmətinin yaradılmasını elan edib. Bu haqda şirkətin rəsmi bloqunda məlumat yerləşdirilib.

www.gazeta.ru saytından bildiriblər ki, xidmət mobil qurğularda reklamsız, həmçinin fon rejimində və internetə qoşulmadan musiqi dinləməyə imkan verəcək. İlkin abunə haqqı ayda 7,99 dollar təşkil edəcək, sonra isə bu məbləğ 9,99 dollara kimi artacaq. Music Key-ə abunə olmaqla yanaşı, istifadəçilər Google Play Music xidmətinə də yazıla biləcəklər.  Bu da bir ayda 9,99 dollara başa gələcək.

Music Key-in sınağı gələn həftə ABŞ-da və altı Avropa ölkəsində keçiriləcək. Əvvəlcə xidmət yalnız dəvətlər  üzrə əlyetən olacaq.

Şirkət musiqi xidməti ilə yanaşı Youtube-un baş səhifəsində, iOS və Android proqramlarında musiqi bölməsi də təqdim edib. Burada istifadəçilər seçilmiş musiqilər və artıq baxılmış videokliplərin siyahısını əldə edə biləcəklər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.