Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi əyani magistr proqramları üzrə təqaüd elan edir

23 Fevral 2021 - 14:02 | Elanlar
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi əyani magistr proqramları üzrə təqaüd elan edir

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) 2021-ci il üzrə Koreya Universitetlərində fərqli sahələr üzrə əyani magistr proqramlarını açıq elan edir.

Təqaüd proqramları dövlət rəsmiləri və dövlət qulluqçuları üçün nəzərdə tutulmuşdur. Hər bir proqram üzrə Azərbaycan tərəfindən 4 namizəd irəli sürülə bilər. Son müraciət tarixi 15 martdır.

Universitetin təqaüd proqramına dair ərizə formaları, tələblər, seçim proseduru və digər məsələlərlə bağlı daha geniş məlumat üçün KOICA-nın rəsmi ingilis dilli http://koica.go.kr/ciat/index.do veb-səhifəsinin sağ hissəsində yerləşən “Menu” bölməsindən “Stay Connected → Notice” adlı altbaşlıqlara daxil olmaqla müvafiq sənədləri yükləmək olar.

Proqramda iştirak etmək istəyən şəxslərdən müvafiq ərizə formaları və digər lazımi sənədləri 1 mart 2021-ci il tarixinədək AR Xarici İşlər Nazirliyinə göndərmələri xahiş olunur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.