Britaniya ixtiraçıları 3D-printerdə çap olunan ilk noutbuku hazırlayıblar

11 Noyabr 2014 - 18:00 | Texnoloji yeniliklər
Britaniya ixtiraçıları 3D-printerdə çap olunan ilk noutbuku hazırlayıblar

Britaniya ixtiraçıları 3D-printerdə çap olunan ilk noutbukun istehsalı məqsədilə vəsait toplamağa başlayıblar.

gazeta.ru saytının məlumatına görə, Pi-Top adlanan cihaz korpusu çap etmək üçün şablonlar, ekran, noutbukun əsası olacaq miniatür Raspberry Pi kompüteri, eləcə də qurğunun fəaliyyəti üçün zəruri olan digər elementlərdən ibarətdir.

Dəyəri 269 ABŞ doları olan dəstin ilk 30 nüsxəsi artıq satılıb. Pi-Top-un gələcək sahibinin öz yeni qurğusunun korpusunu müstəqil olaraq çap etmək imkanı olmalıdır.

Noutbukun yaradıcılarını IndieGogo xidməti vasitəsilə dəstəkləmək mümkündür. Texnologiyanın müəliflərinin sözlərinə görə, valideynlər arasında uşaqları üçün Pi-Top noutbukları daha populyar olacaq, çünki bu noutbukları ev şəraitində düzəltmək asandır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.