AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin “Klasterləşdirmə üçün xarici qiymətləndirmə indeksləri” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirildi.
Məruzəni təqdim edən şöbənin əməkdaşı Leyla Məmmədova Təmizlik indeksi (Purity), Mirkin metrikası indeksi (Mirkin metric), Entropiya indeksi (Entropy), Bölmə əmsalı indeksi (Partition coefficient), F-ölçü indeksi (F-measure), V-ölçü indeksi (V-measure) barədə ətraflı məlumat verdi, onların hər birinə aid nümunələri təqdim etdi.
Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzu ilə bağlı fikirlərini diqqətə çatdırdı, müvafiq istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.