İnformasiya Texnologiyaları İnstitutunda İnternetskopiya ilə bağlı araşdırmalar davam edir

07 Noyabr 2014 - 11:47 | Konfranslar, İclaslar

Noyabrın 6-da AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin elmi seminarı keçirildi. Tədbirdə  şöbə əməkdaşları, doktorant və dissertantlar iştirak edirdilər.

İnstitutun dissertantı Rahid Ələkbərli “İnternetskopiya: müasir vəziyyəti, problemləri və perspektivləri” mövzusunda çıxış etdi. İnternetskopiyanın tarixi, dünya alimlərinin bu mövzu ilə bağlı mövqeyi və təklif etdikləri yanaşmalar haqqında ətraflı məlumat verdi. İnternetin genişlənməsinin insanların sosial həyatına, sənaye sektoruna, dövlət strukturlarına və digər sahələrə təsirindən söz açdı, bu sahədə mövcud problemləri diqqətə çatdırdı.

Sonra çıxış edən institutun direktoru, akademik Rasim Əliquliyev İnternetskopiyanın əhəmiyyətini önə çəkərək bildirdi ki, bu istiqamətdə tədqiqatlar hər bir ölkənin qlobal məkanda vəziyyətini təyin etməyə, o cümlədən informasiya təhlükəsizliyinin artırılmasına, iqtisadiyyatın inkişafına mühüm töhvələr verəcək.

Seminarda İnternetskopiyanın prespektivləri, İnternet məkanında mərkəzləşdirilmiş idarəetmə imkanları, dinamik və analitik verilənlərin toplanması və analizi ilə əlaqədar məsələlərin həlli yolları müzakirə edildi, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.