AMEA-nın müxbir üzvü beynəlxalq konfransın texniki komitəsinin üzvü seçilib

24 Noyabr 2020 - 09:58 | Mühüm hadisələr
AMEA-nın müxbir üzvü beynəlxalq konfransın texniki komitəsinin üzvü seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev Kompüter Elmləri və İnformasiya Texnologiyaları üzrə Avropa Konfransının (European Conference on Computer Science and Information Technology – ECCSIT 2021) texniki komitəsinin üzvü seçilib.

9-11 iyul 2021-ci il tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək konfrans süni intellekt, avtomatlaşdırılmış proqram mühəndisliyi, bioinformatika, kompüter qrafikası və virtual reallıq, kompüter şəbəkələri, kompüter təhlükəsizliyi, Data Mining, rəqəmsal kitabxana, e-ticarət və e-idarəetmə, ekspert sistemlər, insan-kompüter qarşılıqlı əlaqəsi, neyroşəbəkələr, proqramlaşdırma dilləri, sistem təhlükəsizliyi və s. kimi mövzuları əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.