İnstitut Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürəcək

17 Oktyabr 2020 - 13:47 | Mühüm hadisələr
İnstitut Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürəcək

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktrou, dosent Rəşid Ələkbərov institutun Elmi şurasının onlayn iclasında məlumat verib.

R.Ələkbərov bildirib ki, institut Azərbaycan Ordusuna dəstək məqsədilə könüllü olaraq toplanılmış 13 min 400 manat vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürəcək. Məbləğ qurumun əməkdaşlarının ianəsi və institutun Həmkarlar Komitəsinin vəsaiti hesabına toplanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.