Milli Transliterasiya Sisteminin təqdimatı onlayn formada keçiriləcək

09 Sentyabr 2020 - 16:45 | Elanlar
Milli Transliterasiya Sisteminin təqdimatı onlayn formada keçiriləcək

18 sentyabr 2020-ci il tarixdə saat 11:00-da AMEA-nın Humanitar Elmlər Bölməsi və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə  Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-por­ta­lının onlayn təqdimatı keçiriləcək.

Xatırladaq ki, AR Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda Azərbaycan Milli Elmlər Akademiyasına aidiyyəti üzrə dövlət təşkilatları ilə birgə milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının hazırlanması  həvalə edilmişdir.

Ölkə Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutuBakı Dövlət UniversitetiBakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin mütəxəssisləri ilə birgə ingilis, fransız, italyan, alman, rus, fars və digər dillərin əlifbaları arasında transliterasiya cədvəlləri tərtib edilmiş və həmin cədvəllər əsasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən “Transliterasiya” veb-portalı hazırlanmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.