Yaponiyanın "Aerial Burton" şirkəti açıq havada hərəkət edən mətn və şəkilləri nümayiş etdirən yeni üçölçülü displeyi ictimaiyyətə təqdim etdib. Qeyd edək ki, bu cihaz dünyada hər hansı bir displey və ya digər vasitələrdən istifadə etmədən havada təsvir yarada bilən ilk cihazdır.
Şirkət nümayəndələrinin sözlərinə görə, havada üçölçülü displeyin yaradılması ideyası gələcəkdə müxtəlif fövqəladə hallarda çox faydalı ola bilər. Ətraf ərazilərdə adi displeyi yerləşdirmək üçün uyğun məkan tapmaq mümkün olmadıqda, havada hərəkət edən mətn və göstəricilər zərər cəkmiş insanların köməyinə çatacaq. Belə ki, yeni qurğu onlara təxliyyə yolu, qida mənbələrinin olduğu və mobil telefon yaxud kompüterlərini enerji ilə doldura biləcəkləri yerlər haqqında məlumat verəcək.
dailytechinfo.org saytının məlumatında bildirilir ki, havada həcmli şəkillərin təsviri 1 saniyədə 1000 tezlikli impuls yaradan kifayət qədər güclü infraqırmızı lazer vasitəsilə həyata keçirilir. Bu impulslar daxil olduqları üçölçülü optik sistem lazer şüasını fəzanın istənilən nöqtəsində əks etdirir. Lazer işığının enerjisi havanın molekullarını ionlaşdıraraq onları görünən diapazonda işıq fotonları saçmağa vadar edir. Bu da həmin fəza nöqtəsində üçölçülü şəkillərin piksellərinin işıqlanmasına səbəb olur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.