AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Novosibirsk Dövlət Texniki Universitetinin nəşri olan “Rəqəmsal texnologiyaların təhlükəsizliyi” (“Безопасность цифровых технологий”) adlı jurnalın redaksiya şurasının üzvü seçilib.
Jurnalın əsas məqsədi informasiya texnologiyaları, fizika, mexanika, materialşünaslıq, elektroenergetika, elektromexanika və elektrotexnologiya sahəsində fəaliyyət göstərən aparıcı alim və tədqiqatçıların elmi əsərlərini işıqlandırmaqdır. Nəşr doktorant və dissertantlar, mühəndislər, magistrlər, eləcə də fundamental tədqiqatların nəticələri ilə maraqlanan tələbələr üçün mühüm informasiya mənbəyidir. Jurnalda müxtəlif ölkələrin elmi tədqiqatçılarının məqalələri dərc olunur.
Qeyd edək ki, “Rəqəmsal texnologiyaların təhlükəsizliyi” jurnalı əvvəllər “Novosibirsk Dövlət Texniki Universitetinin elmi əsərlərinin toplusu” (“Сборник научных трудов Новосибирского государственного технического университета”) adı ilə nəşr olunurdu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.