29 may 2020-ci il tarixində saat 18:00 radələrindən etibarən AMEA-nın Rəyasət Heyətinə, elmi tədqiqat müəssisələri və qurumlarına e-poçt xidmətinin göstərilməsində problem yaranmışdır. Aparılan araşdırmalar nəticəsində AzScienceNet-in Data Mərkəzinin e-poçt sisteminin əsas və ehtiyat nüsxələrini yadda saxlayan serverlərində və proqram təminatında texniki nasazlıq aşkarlanmışdır. Hazırda e-poçt xidmətinin bərpa olunması istiqamətində işlər görülür. Xidmət yaxın günlər ərzində tam bərpa ediləcək. AMEA əməkdaşlarına tövsiyə olunur ki, problem aradan qalxanadək digər e-poçt xidmətlərindən (Gmail, Yahoo!, Hotmail, Yandex və s.) istifadə etsinlər.
AzScienceNet şəbəkəsinin administrasiyası
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.