Artıq iki ildir ardıcıl olaraq təşkil edilən “I2B – İdeyadan Biznesə” platforması 2020-ci ildə də davam etdiriləcək.
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılan layihə çərçivəsində bu il də bir sıra innovativ tədbirlər keçiriləcək. Startap hərəkatının genişləndirilməsinə və gənclərin innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə paytaxt Bakı və respublikanın ayrı-ayrı regionlarını əhatə edən genişmiqyaslı startap turları təşkil olunacaq.
Turların keçiriləcəyi bölgələrdə 17 fevral tarixindən startapçılar üçün təlimlər başlayacaq.
Startap turuna bu dəfə Quba şəhərindən start veriləcək. Təşkilatçılar cəbhə bölgəsində yaşayan gənclərin innovativ ideyalarını dəyərləndirmək məqsədilə bu il ilk dəfə olaraq Ağdama da səfər edəcəklər. Ümumilikdə il ərzində Azərbaycanın 13 şəhər və rayonunda startap turları təşkil olunacaq.
Qeyd edək ki, “I2B – İdeyadan Biznesə” startap hərəkatına www.i2b.az saytında qeydiyyatdan keçərək qoşulmaq mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.