“Dyson” hava təmizləyicisi olan simsiz qulaqlıqları təqdim edib

11 Fevral 2020 - 14:53 | Texnoloji yeniliklər
“Dyson” hava təmizləyicisi olan simsiz qulaqlıqları təqdim edib

“Dyson” inteqrasiya edilmiş hava təmizləyicisi olan simsiz qulaqlıqları patentləşdirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Yer kürəsində hər 10 nəfərdən 9-u çirklənmiş hava ilə nəfəs alır ki, bu da ürək-damar, tənəffüs xəstəlikləri, o cümlədən ağciyər xərçənginin inkişaf riskini xeyli artırır. Hava çirkabının yüksək olduğu böyük şəhərlərin sakinləri havadakı potensial təhlükəli mikrozərrəciklərin miqdarını azaldan xüsusi təmizləyicilərdən və ionlaşdırıcılardan istifadə edirlər. Ancaq bunlar əsasən evdə istifadə olunur və küçədəki çirkli havadan qorunmağa yardım etmir.

nanonewsnet.ru saytının verdiyi məlumata əsasən, “Dyson”un patentləşdirdiyi qulaqlıq içərisində havanı özü təmizləyən və dəqiqədə təxminən 12 min dövriyyə fırlanma sürəti ilə hava axını yaradan filtrə malikdir. Qulaqlıqlara daxil olan hava filtrdən keçir və quraşdırılmış çarx təmiz hava axını yaradır. Bu üsulla təmizlənmiş hava istifadəçinin tənəffüs yollarına daxil olur. Qulaqlıqda təmizlənmiş hava ön tərəfə birləşdirən qövs vasitəsilə istifadəçinin üzü istiqamətindəki maskaya ötürülür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.