Pinqvinlərin vokal “kommunikasiyası” linqvistik qanunlarla həmahəngdirmi?

10 Fevral 2020 - 15:54 | Maraqlı məlumatlar
Pinqvinlərin vokal “kommunikasiyası” linqvistik qanunlarla həmahəngdirmi?

“Mən böyük varlığam. Hər yer mənimdir”.

Bu sözlər bir Afrika pinqvininə “aiddir”. Mütəxəssislər pinqvinlərin mahnıya bənzəyən bu kəlmələrinə “Ecstatic display song” adını veriblər. 

Aparılan araşdırmalar zamanı onların səsinin insan nitqinə çox yaxın olduğu - eyni linqvistik nümunələrə bənzədiyi məlum olub.

“Niyə pinqvinlər ünsiyyət saxlayır: vizual və vokal siqnallarının təkamülü” kitabının müəllifi, təkamülçü bioloq, F.Stephen Dobson bu işin danışıqların quruluşu və sürətinə yönəldildiyini və ən yaxşı ünsiyyət ola biləcəyini qeyd edib. O, pinqvinlərin çağırışlarını manipulyasiya etmək üçün kompüter proqramından istifadə etməyi, eləcə də onların cavablarını ölçmək və vokal ardıcıllığın hansı hissələrində vacib məlumatların olduğunu müəyyən etmək üçün təkliflər irəli sürüb. Bildirib ki, bu səs tezliyini və ya desibel səviyyəsini dəyişdirməklə edilə bilər.

Bir qrup avropalı elm adamı İtaliya zooparklarındakı 28 Afrika pinqvinində 590 vokalizasiya araşdırıb. Bu vokalizasiyalar hər bir pinqvinin individual məlumatlarını çatdırmaq üçün istifadə olunur və bu səs müəyyən şəxsin telefonda səsini eşitməklə əldə edilə bilən elementar məlumat növü ilə müqayisə edir.

Tədqiqatçılar Zipf qanununda göstərildiyi kimi, pinqvinlərin ən çox istifadə etdiyi səslərin qısa şəkildə insan nitqindəki “və” və ya “belə” kimi birləşmələrə bənzədiyini müəyyən ediblər. Pinqvinlərin “söhbəti” Menserat-Altman qanununa da uyğundur, yəni uzun sözlər qısa hecaların ardıcıllığından ibarətdir. Pinqvinlər qısa sözləri uzun olanlara nisbətən daha çox istifadə edirlər.

Turin Universitetinin Həyat Elmləri və Sistem Biologiyası şöbəsinin tədqiqatçısı Livio Favaro qeyd edib ki, “Bir çox akustik elementi özündə ehtiva edən mahnıların qısa akustik elementlərini Afrika pinqvininin “mahnıları”nda da hiss etdik”.

“EuroNews” kanalının məlumatına görə, mütəxəssislər bu nailiyyətin gələcək araşdırmalara yol açacağını güman edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.