“Google” şirkəti “Google Translate” tərcümə sistemi üçün yeni funksiya təqdim edib. Sistem real vaxt rejimində lektorlar, siyasətçilər və ya sənətçilərin nitqlərini tərcümə edə biləcək. Yeni funksiya süni intellektə əsaslanır.
Bu funksiyanı tətbiq etmək üçün keyfiyyətli rabitə yaratmaq məqsədi ilə güclü İnternet bağlantısının olması mütləqdir. “Google Translate”in yeniliyi xarici dildə canlı və ya yazılmış mühazirəni altyazı olmadan dinləməyə şərait yaradacaq.
techcult.ru saytının məlumatına görə, əməliyyat zamanı “Google Translate” eşidilən sözləri bir-biri ilə müqayisə edəcək, cümlələrin kontekstini, intonasiyasını nəzərə alacaq və intuitiv olaraq durğu işarələri qoyacaq. İş real vaxt rejimində mətni daim redaktə etməklə, hadisələrin qaçılmaz olması üçün aparılır.
Səsli tərcümə sisteminə ingilis, alman, ispan və fransız dilləri daxil edilib. Xidmətin kütləvi istifadəyə verilmə tarixi hələlik müəyyən edilməyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.