Robotlar da fiziki əməkdən sonra “tərləyirlər”

31 Yanvar 2020 - 12:36 | Texnoloji yeniliklər
Robotlar da fiziki əməkdən sonra “tərləyirlər”

Alimlər həddindən artıq istiliyin qarşısını almaq üçün mürəkkəb işlər zamanı tərləyən robot yaradıblar.

Robotların qarşısında getdikcə daha mürəkkkəb vəzifələr qoyulur. Soyutma sistemi olmayan robotda çətin işlər zamanı yaranan istilik onun nasazlığına səbəb ola bilər.

Bu məqsədlə ABŞ-ın Kornell Universitetinin tədqiqatçıları robotların sistemin hərəkətinə və idarə olunmasına cavabdeh hissənin yanında saxlanan soyuducu ilə “tərləməsinə” imkan verən bir texnologiya hazırlayıblar.

“Nauka” telekanalının məlumatına görə, avtomatlaşdırılan sistem 3D printerdən istifadə etməklə hazırlanıb. Robotun yuxarı səthində kiçik məsamələrdən ibarət daxili maye anbarı yerləşdirilib. Barmaq şəklində olan tutmanın xarici təbəqəsi artan temperatur ilə genişlənir və məsamələrin genişlənməsinə, eləcə də mayenin çıxmasına səbəb olur. Maye buxarlandıqda, tutma soyuyur. Aparılan sınaqlar bu soyutma sisteminin insan orqanizminin tərləmə prosesi ilə müqayisədə daha effektiv işlədiyini göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.