“Facebook” şirkəti məxlifiyi qorumaq üçün yeni funksiyalar təqdim edir. Bu, istifadəçilərə məxfilik parametrlərini yoxlamağa və dəyişiklik etməyə imkan verəcək.
Bu günlərdə sosial şəbəkə istifadəçilərə “Məxfiliyin yoxlanması” (Privacy Checkup) bildirişini göndərməklə xəbərdarlıq etməyə başlayıb. Bununla istifadəçilər bütün məxfilik parametrlərini yoxlaya və lazımi dəyişikliklər edə bilərlər.
Bundan əlavə, “Facebook” sosial şəbəkəsi insanlara şirkətlə hansı xidmətlərin və yerlərin istifadəçi məlumatlarını paylaşdıqlarını öyrənməyə imkan verən “Facebookdan kənar fəaliyyət” (Off-Facebook Activity) əlavəsini təqdim edir.
hightech.fm saytının məlumatına görə, “Facebook,” həmçinin öz istifadəçilərinə xəbərdarlıq etmək üçün kənar xidmətlərin onların profilinə giriş etdikləri və şəxsi məlumatlarından istifadə etdikləri bildirişləri də göndərəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.