“Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı keçirilib

28 Yanvar 2020 - 11:00 | Konfranslar, İclaslar
“Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı keçirilib

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı və elmi müəssisələrin vəzifələri ilə bağlı təlim seminarı keçirilir.

Qeyd edək ki, “Elmi kadrlar” Milli İnformasiya Sistemi ölkə Prezidentinin “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən yaradılıb.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının elmi işlər üzrə direktor müavinləri, elmi katibləri və Kadrlar şöbələrinin müdirləri iştirak edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.