Bu gün dünyanın bir çox ölkəsində süni intellekt və onunla əlaqəli texnologiyaların iş yerində sürətlə tətbiqi menecerlərin gündəlik işlərin əksəriyyətindən azad olunmasına səbəb olacaq. planet-today.ru saytının məlumatına görə, “Gartner” şirkəti 2024-cü ilə qədər rəhbərlərin iş tapşırıqlarının təxminən yetmiş faizini süni intellektin öz üzərinə götürəcəyini proqnozlaşdırır.
“Artıq ən yaxın dörd il ərzində menecerin funksiyalarını tamamilə nəzərdən keçirməliyik. Formaların doldurulması, məlumatların yenilənməsi və iş proseslərinin əlaqələndirilməsi istənilən müasir menecer üçün səciyyəvi olan vəzifələrdir. Lakin biz inanırıq ki, süni intellekt bu işləri uğurla yerinə yetirəcək. Menecerlər gündəlik işlərdən azad olaraq məsələlərin qoyulmasına, məhsuldarlıq və təlimin nəzarətinə daha çox vaxt ayıra biləcəklər”, - deyə “Gartner”in tədqiqat işləri üzrə vitse-prezidenti Helen Poytevin bildirib.
Bundan əlavə, analitiklər qeyd edirlər ki, maşın təliminin tətbiqi idarəçilik işini fiziki məhdudiyyətli insanlar üçün daha əlçatan edəcək. Bu şirkətlərə kadr çatışmazlığı şəraitində işə yeni mütəxəssislər cəlb etməyə imkan verəcək. Tədqiqatlar göstərir ki, fiziki məhdudiyyəti olan işçiləri işə götürən şirkətlər kadr dəyişikliklərini azaldaraq məhsuldarlığı artırıblar. Mütəxəssislər hesab edirlər ki, süni intellekt fiziki məhdudiyyətli şəxslərin işlə təmin olunması faizinin əhəmiyyətli dərəcədə artmasına öz töhfəsini verəcək. Çünki ən yeni texnologiyalar bu kimi insanların işləməsində yaranan maneələri aradan qaldırırmağa imkan yaradır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.