Dünyanın ən böyük İnternet-reteyleri “Amazon” toxunuşlu ödənişləri növbəti səviyyəyə keçirmək istəyir.
“Amazon” şirkəti ödəniş üçün ovuc içi toxunmasının kifayət etdiyi ödəmə terminallarını yaratmağı, kafelərdə, “fast food” restoranlarında və ticarət nöqtələrində yeni terminallar quraşdırmağı planlaşdırır.
Terminalları ilk dəfə istifadə edərkən insanlar ovuclarını skanerdən çıxararaq biometrik məlumatları bank hesablarına əlavə edəcəklər. Bundan sonra, onlar bir toxunuşla alış-veriş etdikləri məbləği ödəyə biləcəklər.
Yaxın vaxtlarda şirkət “əlaqəsiz biometrik identifikasiya sistemi” üçün patent sifarişini verib. Ovucların skan edilməsi bu sistemin bir hissəsi olmalıdır.
Terminallardan keçən məlumatlar, alış vaxtı və yeri də daxil olmaqla “Amazon” buludunda saxlanılacaq.
belta.by saytının məlumatına əsasən, hələ ki, planlar erkən mərhələdədir. Yaxın vaxtlarda İnternet-reteyler sınaq üçün “Visa” ilə əməkdaşlıq etməyə başlayıb. Bundan əlavə, şirkət “Mastercard” ilə də danışıqlar aparır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.