Polşada “Vikipediya”ya heykəl qoyulacaq

21 Oktyabr 2014 - 15:36 | Maraqlı məlumatlar
Polşada “Vikipediya”ya heykəl qoyulacaq

Polşada dünyada ilk dəfə olaraq məşhur şəbəkə ensiklopediyası olan “Vikipediya”ya heykəl qoyulacaq. Hazırda abidənin inşası ilə bağlı işlər başa çatmaq üzrədir. Təxminən 2 metr hündürlüyündə olacaq kompozisiya açıq İnternet-sorğu rəmzi olan – hərflərdən ibarət yarımçıq kürəni əlləri üzərində saxlamış insanların təsvir edildiyi formada olacaq. 

nr2.com.ua saytının məlumatına görə, abidə Polşanın Almaniya ilə sərhədi yaxınlığındakı Slubitse şəhərində ucaldılacaq. Layihə 12 min avroya başa gəlib.

Heykəlin ucaldılması təşəbbüsü “Kolleqium Polonikum”un direktoru Kşiştof Voytsexovski tərəfindən irəli sürülüb.

Polşada “Vikipediya” çox populyardır. Belə ki, ensiklopediyada polyak dilində bir milyondan artıq məqalə var.

Monumentin açılışı cari ilin oktyabr ayının 22-nə planlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.